XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşdi
İdman 11:26 / 03.02.2023

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində millimizin keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Millimiz seçmə mərhələyə sentyabrın 12-də Serbiya yığması ilə matçla start verəcək. İlk oyun səfərdə keçiriləcək. Oktyabrın 12-də millimiz Şimali İrlandiya, beş gün sonra isə Lüksemburqu qəbul edəcək. Futbolçularımız noyabrın 21-də Ukrayna seçməsinin qonağı olacaqlar. Gələn il martın 22-də seçməmiz doğma meydanda İngiltərə, dörd gün sonra isə Ukrayna ilə qarşılaşacaq. Sentyabrın 6-da komandamız Lüksemburqun qonağı olacaq, ayın 10-da isə Serbiya seçməsini qəbul edəcək. Yığmamız seçmə mərhələdə son iki matçını səfərdə keçirəcək. Oktyabrın 12-də Şimali İrlandiya ilə üz-üzə gələcək seçməmiz üç gün sonra İngiltərənin qonağı olacaq.


9636 oxunub

InvestAZ