XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Samboçular açıq Bakı çempionatında yarışıblar
İdman 08:23 / 30.11.2022

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Güvən İdman Klubunda kişilər arasında sambo üzrə açıq paytaxt çempionatı keçirilib. Çempionatda 90 idmançı 7 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb. Yarışda Ülvi Sadıqov (58 kq), Əbdürrəhman Səbzalıyev (57 kq), Elvin Bağırov (64 kq), Tural Allahverdiyev (71 kq), Hacalı Qasımov (79 kq), Adil Adilzadə (88 kq), Cəlil Xəlilzadə (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.


11674 oxunub

InvestAZ