XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qətər-2022: İngiltərə qrup lideri kimi 1/8 finala vəsiqə qazandı
İdman 01:20 / 30.11.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Çempionatın 10-cu gününə B qrupunun III turu çərçivəsində keçirilən iki oyunla yekun vurulub. İngiltərə Uels komandasını böyük hesabla məğlub edib -0:3. İngilislərin heyətində Markus Reşford dubla imza atıb. O, matçın 50-ci və 68-ci dəqiqələrində fərqlənib. 52-ci dəqiqədə isə Fil Foden qol müəllifi olub. Yekun nəticəyə görə 7 xal toplayan İngiltərə komandası səkkizdəbir finala vəsiqə qazanıb. İngiltərə yığmasının növbəti mərhələdəki rəqibi A qrupunda ikinci yeri tutan Seneqal millisi olacaq.


11326 oxunub

InvestAZ