XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



«Formula 1-i əla vaxtda tərk edirəm»
İdman 16:43 / 29.11.2022

Formula 1 avtoyarışları üzrə dünya çempionatının idman direktoru ingilis Ross Braun vəzifəsini tərk edib.

Bu barədə noyabrın 28-də qurumun mətbuat xidməti məlumat yayıb. "İndi təqaüdə çıxmağım üçün doğru vaxtdır. İşin çoxunu etdik, indi konsolidasiya dönəmindəyik. 2026-cı ildə yeni maşın ortaya çıxacaq, amma hələ dörd il var, mənim üçün bu, yetərincə uzun vaxtdır. Buna görə də növbəti qrup insanlar üçün işin bu hissəsini öz üzərini götürməsi yaxşıdır. Düşünürəm ki, Formula 1-i əla vaxtda tərk edirəm”, - Braun bildirib.

Qeyd edək ki, 68 yaşlı Ross Braun 2017-ci ildən "Formula 1”in idman direktoru vəzifəsində idi.



14153 oxunub

InvestAZ