XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



AVF-in nümayəndəsinə növbəti etimad 
İdman 13:27 / 29.11.2022
Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli yeni beynəlxalq təyinat alıb. O, Çağırış kuboku yarışının 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq. Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, Z.Gözəlbəyli noyabrın 29-da və 30-da Bakıda qadın voleybolçular arasında keçiriləcək "Azərreyl” (Azərbaycan) - "Slaviya” (Slovakiya) matçlarında hakimlərin işinə qiymət verəcək.
Dərnəgül Voleybol Mərkəzində baş tutacaq oyunlarda ilk gün matçın birinci hakimi Hatice Ozmen Yıldız (Türkiyə), ikinci hakimi isə Simeon İvanov (Bolqarıstan) olacaqlar. İkinci gün isə türkiyəli Hatice Ozmen Yıldız ikinci hakim, serbiyalı Aleksandra Balandzic birinci hakim vəzifəsini yerinə yetirəcəklər.


11614 oxunub

InvestAZ